
Bu haqda fevralın 19-da keçirilən müzakirədə Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan deyib.
Onun sözlərinə görə, Azərbaycan təkcə Artsax ermənilərinə qarşı mübarizə aparmır, həm də ümumilikdə erməniləri məhv etmək siyasəti aparır.
“Ancaq uğur qazana bilməyəcəklər”. Biz dünyanın ən sivil xalqlarından birini necə xilas etmək barədə düşünməliyik və bunun millətçiliklə heç bir əlaqəsi yoxdur” – deyərək o bildirib.
Alaverdyan Azərbaycanın ardıcıl Erməni Soyqırımı siyasəti apardığına əminliyini ifadə edərək qeyd edib ki, hətta Azərbaycanda milli bayram günləri də ermənilərə qarşı soyqırım günlərinə təsadüf edir.
Biz “Marlezon baletinin ikinci hissəsini” ifa edirik, Azərbaycan isə bizimlə qaydasız mübarizə aparır.
Mən 1998-ci ildə Azərbaycanda olmuşam və, şəhidlər xiyabanındakı qəbir daşlarını gördüm. Şəhidin neçə erməni öldürdüyünü qəbir daşı üzərində həkk olunmuşdur” – deyərək birinci ombudsman yekunlaşdırıb.







