Fevralın 21-də Yerevanda Avronest Parlament Assambleyası Bürosunun iclası keçirilib. Ermənistan, Gürcüstan və Ukrayna parlamentlərinin nümayəndə heyətlərinin, həmçinin Şərq tərəfdaşlığı ölkələrindən Avropa parlamentinin siyasi qruplarının rəhbərləri iştirak ediblər.
İclas ərzində Şərq tərəfdaşlığı ölkələrinin deputatları öz ölkələrində cari siyasi proseslərlə bağlı məlumatlar təqdim ediblər. Avropa Birliyi və Şərq tərəfdaşlığı regionunda təhlükəsizlik və siyasi vəziyyətlə bağlı məsələlər həmçinin müzakirə olunub.
Fevralın 22-də Karen Demirçyan adına İdman-konsert kompleksində “Avronest” parlament assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və AB siyasəti, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaşlıq məsələləri üzrə ictimai iclasları keçiriləcəkdir.







