
Avropa parlamentinin üzvləri Ermənistana dəstək vermək məqsədiylə səfər ediblər. Lakin onlar Yerevan və Bakının əvəzinə məsələləri həll edə bilməzlər.
Estoniyanın keçmiş Xarici işlər naziri, Avropa parlamentinin üzvü, Estoniyanın keçmiş Xarici işlər naziri Marina Kalyurand bu barədə fevralın 22-də Avronest parlament assambleyasının Yerevanda keçirilən Hüquq məsələləri, İnsan haqları və Demokratiya komitəsinin iclası ərzində bildirib.
Onun sözlərinə görə, Avropa parlamentinin üzvləri Ermənistana müəyyən məqsədlə gəliblər. “Avropa parlamentinin üzvləri Yerevan və Bakını dəstəkləmək üçün Ermənistana gəliblər.
Amma biz Yerevan və Bakı əvəzinə problemləri həll edə bilmərik. Bəlkə siz bizə xatırladasız ki, işimizi haradagücləndirək və işləyək.
Siz bizə deyin zəhmət olmasa və biz də lazımi yardımı göstərəcəyik”- deyərək Kalyurand izah edib.
Avropa parlamenti deputatı tərəfləri təhqiredici bəyanatlardan və qütbləşdirici ritorikadan çəkinməyə çağırıb. Onun fikrincə, bu, dialoqa kömək etməyəcək və heç bir xeyir verməyəcək
Kalyurand hər iki tərəfin bəyanatlarına da münasibət bildirib. O cümlədən, söhbət Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasından gedir. “Bunlar indi bizə lazım olan kiçik praqmatik addımlardır.
Onlar qarşılıqlı etimadı və hörməti gücləndirəcək. İndi bizə çatışmayan məhz budur”- deyərək deputat bildirib.
O, Avropa parlamentinin Qarabağda 44 günlük müharibənin yekun nəticələrini tanımadığını xatırladıb və bu mövqenin ötən həftə qəbul olunmuş qətnamədə bir daha təsdiqləndiyini bəyan edib.







