
Fevralın 23-də ER Xarici işlər naziri Ararat Mirzoyan Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının (QİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.
Həmsöhbətlər təşkilatın gələcək inkişafına kömək etmək üçün bu il QDİƏT-in yaradılmasının 30 illiyinin qeyd olunacağını bəyan edib.
Xarici işlər naziri Ararat Mirzoyan QDİƏT ilə sektoral əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, bunun Ermənistan hökumətinin regional iqtisadi inklüziv əməkdaşlıq vasitəsilə ölkədə davamlı iqtisadi artımın təmin edilməsinə yönəlmiş proqramlarının həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıb.
Baş katib Komanesku Ermənistanın aktiv fəaliyyətini və QDİƏT-in inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Tərəflər təşkilat çərçivəsində qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, innovativ və davamlı inkişaf, yüksək rəqabət qabiliyyətinin təşviqi üçün əlverişli mühitin yaradılmasına yönəlmiş əlaqələndirilmiş regional fəaliyyətlərin vacibliyini vurğulayıblar.
Nazir Mirzoyan əmin olduğunu bildirib ki, QDİƏT-in əsas məqsədlərinin siyasətdən kənarlaşdırılmış, inklüziv regional iqtisadi əməkdaşlıq və ticarətin asanlaşdırılması, blokada və qapalı sərhəd siyasətinin yolverilməzliyi əsasında səmərəli həyata keçirilməsi regional sabitlik və sülh üçün mühüm əhəmiyyət kəsb edir.







