
Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ER-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Marina Kalyurand və ER-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin üzvü Marketa Qreqorovanı qəbul edib.
Marina Kalyurand Ermənistanda həyata keçirilən demokratik islahatları yüksək qiymətləndirdi. O qeyd etdi ki, Avropa Parlamenti və Avropa institutlarının onları tam dəstəkləyirlər.
Nazir Mirzoyan Ermənistan üçün birinci dərəcəli əhəmiyyət kəsb edən məsələlərdə Avropa Parlamentinin prinsipial mövqeyinə əhəmiyyət verib.
Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdə olan bir sıra məsələlərə də toxunublar. ER XİN bəyanatında görə, xarici işlər naziri 44 günlük müharibə, eləcə də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə zorla daxil olunması nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Ararat Mirzoyan və Marina Kalyurand vurğuladılar ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında sülh danışıqları yolu ilə həll olunmalıdır. Qeyd olunub ki, görüşdə təcili humanitar məsələlər kontekstində Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin dərhal vətənə qaytarılmasının zəruriliyi vurğulanıb.







