BaşlıcaMədəniyyət

Göy Məscid İran incəsənətinin simvoludur: İran səfirliyindən reaksiya

İran İslam Respublikasının Ermənistandakı səfirliyi Yerevandakı Göy Məscidi ziyarət edən və İran memarlıq abidəsini “Azərbaycan abidəsi” adlandıran azərbaycanlı deputatlara cavab verib.

Səfirlik öz Tvitter səhifəsində məscidin fars dilində olan tarixi yazılarının şəklini payılaşıb. “İran incəsənətinin simvolu olan Göy Məscid son üç onillikdə Ermənistanda yaşayan müsəlmanların ibadət yeri, eləcə də turistik məkan kimi fəaliyyət göstərir”, – səfirliyin bəyanatında deyilir.

Erməni dilində olan paylaşımda isə qeyd olunur: Tarixlə maraqlananlar iki yüz ildən çox yaşı olan fars yazıları olan Göy Məscidin yüksək mədəni dəyərini və memarlığının özünəməxsusluğunu çox gözəl anlayırlar. Bu tarixi qeydlərin qorunub saxlanması böyük şansdır”.

Səfirlik bütün yazılarında İranın Azərbaycandakı səfirliyinin, eləcə də dünya mədəni irsinin qorunması ilə məşğul olan YUNESKO-nun səhifələrini xüsusi qeyd edib.

Daha çox göstər
Back to top button