
İranşünas Vardan Voskanyan Ermənistana gələn azərbaycanlı deputatların Göy məscidi Azərbaycana aid etməsinə münasibət bildirib.
O, öz Facebook səhifəsində yazıb. “Demək olar ki, əminəm ki, İran memarlığının incisi olan Yerevanın iran memarlığının incilərindən olan Göy məscidə ziyarət edən və social şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən Bakının diktatura rejiminin nümayəndəsi, əsl şiə müsəlmanının necə namaz qılmalı olduğunu belə bilmir.
Adıçəkilən başıpozuğun nəzərinə çatdıraq ki,Azərbaycan adlanan süni yaranmış təşkilin məhbəslərində məhz bu anda qeyri-qanuni çoxsaylı şiyə dindarlar saxlanılır ki, onlar da vicdan məhbuslarıdır.
Onlar məhz Apşeron yarmadasında olan Nardaran qəsəbəsindəki məscidlərində ibadət etmək, namaz qılmaq imkanlarından məhrum olunmuşlar.
Hər hansı ikiüzlülüyün, həyasızlığın bir həddi olmalıdır, görünür, bunların yoxudur”.
Ermənistan Xəbərləri-NEWS.am-in daha əvvəl verdiyi məlumata görə, “Avronest” parlament sssambleyasında iştirak etmək üçün Yerevanda səfərdə olan azərbaycanlı deputatlar Sultan Məmmədov və Tahir Mirkişili Maştots prospektində yerləşən İranın Göy Məscidinə ziyarət etmiş və onu Azərbaycana aid olduğunu demişdir.
“Biz Göy məscidi ziyarət etdik. Bildiyimizə görə, bu, Yerevanda qorunub saxlanılan yeganə Azərbaycan abidəsidir. Divarlardakı yazılar başqa ölkəyə aid olsa da, divarlar, memarlıq və ruh yalnız bizə məxsusdur.
Biz inanırıq ki, bir gün bu məscidin əsl sahibləri öz dualarını burada ucalda biləcəklər: Azərbaycanlıların dualarısa xeyirxahdır və nəhayət nəhayət ki, yerinə yetər”-deyərək o, qeyd edib.
Xatırladaq ki, məscid İranındır. Azərbaycan Ermənistana ərazi iddialarını əsaslandırmaq üçün mütəmadi olaraq onu “mənimsəməyə” çalışır.







