
Rus-Ukrayna gərginliyi informasiya sahəsində də davam edir. Bu barədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan bildirdi.
“Bu gün heç kim bir həftədən sonra dünyada nələrin olacağını proqnozlaşdıra bilməz. Ermənistanla bağlı isə ən pessimistdən tutmuş stabilə qədər müxtəlif ssenarilər çəkə bilərik. Burada nəyinsə baş verib-verməyəcəyini gözləməməliyik, amma hazır olmalıyıq, çünki heç olmasa müəyyən cəhdlər olacaq. Türkiyə və Azərbaycanın Ermənistanın informasiya sahəsində gərginlik yaratmaq üçün istifadə edə biləcəyi ən standart proqnoz müxtəlif feyker yaradaraq, bu vəziyyət fonunda Ermənistan haqqında dezinformasiya və ya Ukrayna və Rusiyadakı erməni icmaları haqqında dezinformasiyanın yaradılmasıdır”, – deyə Samvel Martirosyan qeyd etdi.







