
Fevralın 24-də ER yüksək texnologiyalar sənayesi naziri Vahagn Xaçaturyan Ermənistandakı Fransız Universitetinin rektoru Bertran Venar, III Tuluza Universitetinin prezidenti Jan Mark Broto, eləcə də Ermənistan-Fransa Ticarət Palatasının administrator Mişel Davudyan ilə görüşüb.
Görüş zamanı “Mühəndislik şəhəri” layihəsi, Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi, Ermənistandakı Fransız Universiteti və Fransanın III Tuluza Universiteti arasında mövcud əməkdaşlıq imkanlarına toxunulub.
Nazir Xaçaturyan dövlət qurumları və özəl sektor nümayəndələrinin maraqlı olduğu “Mühəndislik şəhəri” proqramının həyata keçirilməsinin vacibliyini vurğulayıb. Fransa şirkətlərinin “Mühəndislik şəhəri”ndə yerləşdirilməsi imkanları da müzakirə olunub.
III Tuluza Universitetinin prezidenti təhsil sahəsində əməkdaşlıqdan da danışıb.







