
Rusiya üçün mümkündür ki, Ermənistan və erməni xalqı özlərini təhlükəsiz hiss etsin. Bu barədə Ermənistanın Rusiyadakı səfiri Sergey Kopirkin bildirdi.
“Bunun qarantiyası bizim müttəfiqlik münasibətlərimizdir, bu münasibətləri dərinləşdirməyə və gücləndirməyə yönəlmiş yoldur”,-deyə səfir vurğuladı.
Ukraynada vəziyyətin gərginləşdirilməsi fonunda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan tərəfindən mümkün təxribatların olması ilə bağlı sualı cavablandıran Kopirkin qeyd etdi ki, Rusiya üçün 2 ölkə ilə münasibətlər dəyərlidir.
Rusiya bunlara regionda təhlükəsizliyin və sülhün qorunmasında əsas amil kimi baxır, çünki bunlar Rusiyaya yaranan problemlərin həllində vasitəçilik rolunu oynamağa imkan verir.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində fəal səylərimizdə bu amildən istifadə edirik. Əlbəttə ki, bu səylərin hər iki tərəfin siyasi iradəsi, onlar üçün məqbul həll yolları və razılaşmalar tapmaq istəyi ilə güclənməsi çox vacibdir. Biz Yerevan və Bakı ilə fəal işləyirik”,- deyə səfir qeyd etdi.







