
Baş nazir Nikol Paşinyan ilə Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
Həmsöhbətlər Parisdə keçiriləcək Ermənistan-Fransa əməkdaşlıq forumu və onların qarşıdakı görüşü ilə bağlı məsələlərə toxunublar.
Görüşdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə də toxunulub.
Beynəlxalq aləmdə gedən proseslərlə bağlı fikir mübadiləsi də parılıb.







