BaşlıcaSiyasət

Ararat Mirzoyan BMT-nin İnsan haqları üzrə Ali komissarı ilə görüşüb

ER Xarici işlər naziri Ararat Mirzoyan martın 1-də BMT-nin İnsan hüquqları şurasının 49-cu sessiyası çərçivəsində BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Baçelet ilə görüşüb.

Tərəflər Ermənistanın BMT, xüsusən də BMT-nin İnsan haqları Bürosu ilə sıx əməkdaşlığını yüksək qiymətləndiriblər.

Ararat Mirzoyan qeyd edib ki, bu il simvolik xarakter daşıyır, Ermənistanın BMT-yə üzv olmasının 30 illiyini qeyd edir.

Bu xüsusda XİN rəhbəri Ermənistanın beynəlxalq ictimaiyyətin məsuliyyətli, etibarlı tərəfdaşı kimi özünü təsdiqlədiyini və çoxtərəfliliyin təşviqinə, o cümlədən dünyada fundamental insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına və təşviqinə ardıcıl töhfə verdiyini vurğulayıb.

Azərbaycanın Artsaxa qarşı başladığı 44 günlük müharibənin yaratdığı vəziyyəti təqdim edən Ararat Mirzoyan Dağlıq Qarabağda humanitar məsələlərin tam həllinə, o cümlədən BMT-nin Ali komissarlığının humanitar missiyalarının həyata keçirilməsinə beynəlxalq təşkilatların maneəsiz cəlb edilməsinin vacibliyini vurğulayıb.

Nazir Mirzoyan Azərbaycanın Artsaxa, onun xalqına qarşı təcavüzünün insan hüquqlarının, beynəlxalq humanitar hüququn, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlərin kobud şəkildə pozulması ilə müşayiət olunduğunu, bunların ətraflı şəkildə sənədləşdirilərək beynəlxalq insan hüquqları təşkilatlarına təqdim edildiyini qeyd edib.

Tərəflər, həmçinin Ermənistanda aparılan islahatlar və bu islahatlar çərçivəsində əldə edilmiş nailiyyətlər, xüsusilə, demokratiyanın möhkəmləndirilməsi, insan haqlarının təşviqi, qanunun aliliyi, məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə sahələrində fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər bu prosesdə beynəlxalq strukturlarla əlaqələndirilmiş əməkdaşlığı yüksək qiymətləndiriblər.

BMT-nin İnsan haqları üzrə Ali komissarlığı Ermənistanın soyqırım və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması üçün gündəliyi irəli sürməyə sadiqliyini bir daha təsdiqləyib.

Daha çox göstər
Back to top button