
ER Ekonomika Nazirliyində fəaliyyət göstərən bizneslərin digər ölkələrdən ER-a köçürmək və yeni bizneslər qurmaq məsələləri üzrə işçi qrup yaradılıb. Bu barədə Ekonomika Nazirliyindən bildirilir.
Bütün suallar Ekonomika Nazirliyindəki “National Center for Innovation & Entrepreneurship” və ER investisiyalar dəstəyi mərkəzinin mütəxəssislərinə göndəriləcək və onlar Ermənistanda yeni bizneslərin açılmasının və fəaliyyət göstərən bizneslərin inteqrasiyasının bütün proseslərinə tam dəstək verəcək.
Qeyd edək ki, Ukraynadakı hərbi əməliyyatlar fonunda tətbiq edilən sanksiyalar səbəbindən Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən bir çox bizneslər ciddi problemlərlə üzləşir.







