Başlıcaİctimaiyyət
Müharibədən sonra evini itirmiş şurnuxlular üçün 13 ev tikilir

Fevralın 28-də Syunik qubernatoru Melikset Poğosyan ER Şəhərsalma Komitəsinin sədri Armen Qularyanla birlikdə dövlət vəsaiti hesabına tikilən yeni yaşayış məhəlləsinin tikinti işləri ilə tanış olmaq üçün Şurnux kəndinə səfər edib.
Müharibədən sonra evini itirmiş şurnuxlular üçün 170 kvadratmetr sahəsi olan 13 ev tikilir, onlardan dördü yaxın vaxtlarda istifadəyə veriləcək. Rəsmilər işlərin gedişi və indiyədək görülən işlərin nəticələri ilə tanış olublar.
Evlər tam təmirli və hazır vəziyyətdə sahiblərinə təhvil veriləcək.







