
Yerevan ümid edir ki, Rusiya-Ukrayna danışıqları nəticə verəcək və diplomatiya silahları susdura biləcək.
Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ER-nın BMT-yə üzvlüyü və Diplomat Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ukrayna hadisələrini yaxından izləyirlər və ümid edirlər ki, planlaşdırılan Rusiya-Ukrayna danışıqları baş tutacaq, nəticə verəcək və diplomatiya topları susdura biləcəkdir.
Qeyd edək ki, Belarusda Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun martın 2-də axşam saatlarında baş tutacağı bildirilmişdi.







