Başlıcaİdman

H.Mxitaryan Ermənistan millisi təkibindən uzaqlaşır : “Daima sizin Heno”

Henrix Mxitaryan qeyd edir ki, indi Ermənistan millisini tərk etmək üçün ən əlverişli vaxtdır.

Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan Ermənistan millisinin tərkibində yarışları başa vurmaq qərarına gəlib. O, Facebook səhifəsində belə bir paylaşım edərək qərarını açıqlayıb.

“Panama ilə yoldaşlıq oyununda ilk dəfə millinin formasını geyindiyim vaxt, dünya çempionatının seçmə mərhələsində Estoniya ilə oyunda ilk qolumu vurduğum vaxtı xatırlayıram.

 Nə qədər çətin olsa da, karyeramın hər addımında qalib gəlmək istəyirdim. Son 15 ildə milli komandada oynamaq, son 6 ildə isə kapitan olmaq mənim üçün böyük şərəf olub”- deyərək Mixtaryan yazıb.

Onun sözlərinə görə, ölkəsini meydanda təmsil etmək yolunda 95 beynəlxalq oyundan, gərgin işdən, görünməmiş eniş-yoxuşlardan sonra Ermənistan millisindəki beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib.

Mxitaryan Almaniya ilə son oyundan sonra belə bir qərara gəldiyini  bəyan edib.

“Düşünürəm ki, indi ən münasib vaxtdır. Mən milliyə  nə ki, lazım olub onu da vermişəm.

Ona görə də yaxın illərdə bütün diqqətimi klub karyerama yönəldəcəm” – deyərək Mxitaryan əlavə edib.

O, futbolçu karyerasının məhz Ermənistanda, vətənində başladığını, ona dəstək olan, məşq edən, onunla oynayan, böyüməsində əməyi olan hər kəsə sonsuza qədər minnətdar olacağını qeyd edib.

O, Ermənistan millisinə uğurlar arzulayıb.

Mxitaryan bəyanatını imzalayıb: “Daima sizin Heno”.

Daha çox göstər
Back to top button