
Artsaxın ombudsmanı Geğam Stepanyan öz Facebook səhifəsində yazıb ki, Azərbaycanın təbliğat maşını Artsaxdakı rus sülhməramlılarını, xüsusilə komandanlığı gözdən salmaqla məşğuldur.
Onun sözlərinə görə, Azərbaycan son günlər öz hərbi informasiya mənbələrinin yaydığı yalan şayiələrlə növbəti addımlar və təxribatlar üçün zəmin hazırlayır.
“Son günlərdə Azərbaycanın hərbi informasiya mənbələri Ermənistan-Azərbaycan təmasının müxtəlif yerlərində Ermənistan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı yalan xəbərlər yaymaqdadır.
Bununla da Azərbaycan dinc əhaliyə qarşı cinayətkar basqınlara haqq qazandırmaq istəyir, həm də eyni zamanda sonrakı hərəkətlər və təxribatlar üçün zəmin hazırlayır.
Martın 6-da Azərbaycan tərəfi Azərbaycan tərəfi Əsgəran rayonunun Xramort icmasını müxtəlif çaplı odlu silahlardan atəşə tutub və martın 7-də saat 17.00 radələrində həmin ərazidə kənd qəbiristanlığının yaxınlığında qumbaraatanlardan istifadə olunub, mərmilər partlayıb. Dinc sakinlər arasında itki yoxdur.
Təsvir edilən əməliyyatlara paralel olaraq, azəri təbliğat maşını Rusiyanın sülhməramlı qüvvələrinə, xüsusən də Artsaxda mülki əhalinin təhlükəsizliyini təmin edən komanda heyətinə böhtan atmaq və nüfuzdan salmaqla məşğul idi.
Artsax xalqının fiziki və psixoloji toxunulmazlığına qarşı azərbaycanlı cinayət əməlləri, Rusiya sülhməramlılarına qarşı böhtanlar sistemli xarakter daşıyır, Azərbaycan hakimiyyətinin məlumatı və onların göstərişi ilə təşkil olunur.
“Qeyd edilmiş bütün hallar Azərbaycan tərəfinin Artsax Respublikasının dinc əhalisinin normal həyatını pozmaq və Artsaxı etnik təmizləməyə məruz qoymaq kimi birbaşa və mübahisəsiz niyyətini bir daha sübut edir”- deyərək yazıda qeyd olunub.







