BaşlıcaSiyasət

Artak Beqlaryan: “Azərbaycanın ənənəvi anti-erməniçiliyinə rusofob siyasət də əlavə olundu”

Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan “Telegram” kanalında yazıb: “Azərbaycan Xramort kəndindəki qəbiristanlığa atəş açaraq, Ermənistanla sərhəddə erməni  hərbiçini öldürməklə vəziyyəti qəsdən gərginləşdirir”.

Onun sözlərinə görə, bu təxribat ilk növbədə cəmiyyətimizi qorxutmaq məqsədi daşıyır, digər tərəfdən Rusiya sülhməramlılarını gərginləşdirmək cəhdləri göz qabağındadır.

A.Beqlaryan yazıb ki, bu haqda son vaxtlar Azərbaycan KİV-də görünməmiş rusofobiya meylləri də  sübut edir.

“Onsuz da ənənəvi hal almış anti-erməni siyasətinə onların hərbi müttəfiqinə qarşı dövlət səviyyəsində təşkil edilən rusofobiya siyasəti də əlavə edilib.

Bu, bir daha Azərbaycan hakimiyyətinin dəst-xəttindən, başqa millətlərə nifrət toxumu səpməklə öz geosiyasi məqsədlərinə çatmaqdan, ictimaiyyətin diqqətini daxili məsələlərdən yayındırmaqdan xəbər verir.

Bir gün Azərbaycan öz xüsusi nifrətində boğulacaq” –  deyərək Artak Beqlaryan yazıb.

Daha çox göstər
Back to top button