BaşlıcaSiyasət

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin səfəri cümə axşamı baş tutacaq. Səfər proqramı haqqında məlumat verilmir.

Qeyd etmək lazımdır ki, həmin gün Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli görüşü nəzərdə tutulub.

Daha çox göstər
Back to top button