Əsgəran rayonunun Karmir kəndində yeni qəsəbə salınır

Artsax Respublikasının Əsgəran rayonunun Karmir kəndinin inzibati ərazisində yeni qəsəbənin tikinti işlərinə başlanılıb.
Bu barədə Artsax Respublikasının Şəhərsalma nazirliyi məlumatlandırıb.
Adıçəkilən icmada fərdi yaşayış evlərinin tikintisi proqramı müharibə nəticəsində köçkün düşmüş vətəndaşların mənzillə təmin olunması probleminin həllinə yönəlib. Rayon 64 fərdi yaşayış evindən ibarət olacaq.
İndiki mərhələdə əsasən torpaq işləri aparılır, bəzi ərazilərdə isə artıq fərdi yaşayış evlərinin bünövrəsinin tikintisi aparılır.
Yaşayış evlərinin tikintisi başa çatdıqdan sonra layihəyə uyğun olaraq rayon lazımi infrastrukturla təchiz olunacaq, ümumi ərazi abadlaşdırılacaqdır.
Rayonun tikintisi Artsax Respublikası hökuməti tərəfindən maliyyələşdirilir.







