ArtsaxBaşlıca

Rusiya sülhməramlı qoşunlarının bir hissəsinin Artsaxdan çıxarılması xəbəri reallığa uyğun gəlmir: Artsax TŞ

Son günlər Artsax-Azərbaycan təmas xəttində qarşı tərəfin aktiv aqressiv davranışı Artsax Müdafiə Ordusunun müxtəlif yaşayış məntəqələri yaxınlığında yerləşən mövqelərinə atıcıc silahlardan atəş açması ilə özünü göstərir.

Bu barədə Artsax Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

“Bu cür silahlı təxribatlara artıq qumbaraatanlardan istifadə də əlavə olunub.

Vurğulayırıq ki, atəşkəsi pozan düşmənçilik aktlarının hədəfi çaxnaşma yaratmaq məqsədi daşıyan seçilmiş mülki əhalidir.

Təxribatların sonrakı inkişafının qarşısını almaq üçün Təhlükəsizlik Şurasının ofisi Artsaxda yerləşən Rusiya sülhməramlı qoşunları ilə əməkdaşlıq edir. Qarşı tərəfi atəşkəs razılaşmalarına əməl etməyə məcbur etmək üçün təcili tədbirlər görülür.

Eyni zamanda, Azərbaycanın media platformalarında Rusiya sülhməramlı qüvvələrinin Ukraynaya köçmək üçün öz qüvvələrinin bir hissəsini Artsaxdan çıxarması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir. Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələri 2020-ci il 9 noyabr üçtərəfli bəyanatınin müddəalarına uyğun olaraq öz missiyasını yerinə yetirməkdə davam edir.

Biz əhalini panik əhval-ruhiyyədən çəkinməyə çağırırıq. Vəziyyət tam olaraq Artsax Respublikası hakimiyyətinin və Rusiya sülhməramlı qoşunlarının nəzarəti altındadır”- deyə  bəyanatda deyilir.

Daha çox göstər
Back to top button