Başlıcaİctimaiyyət
ER hökuməti Azərbaycandan məcburi köçmüş 254 ailəyə mənzil almaq üçün sertifikat verməyi planlaşdırır

ER hökuməti Azərbaycandan məcburi köçmüş Ermənistanın rayonlarında qeydiyyatda olan 254 ailəyə mənzil almaq üçün sertifikat verməyi planlaşdırır. “Armenpress”in məlumatına görə, bu barədə hökumətin iclasında ərazi idarəetmə naziri Gnel Sanosyan layihəni təqdim edib.
O qeyd edib ki, təqdim olunan layihə 1988-1992-ci illərdə Azərbaycandan məcburi köçmüş mənzilə ehtiyacı olan insanlara mənzil almq üçün sertifikatın verilməsi prosesi ilə bağlıdır.
Baş nazir Nikol Paşinyan da öz növbəsində qeyd edib ki, uzun fasilədən sonra ötən il Yerevanda 275 ailəyə mənzil almaq üçün sertifikatlar verilib, onların çoxu mənzil alıb.







