BaşlıcaBeynəlxalq

ABŞ konqresmeni: “Mən Azərbaycanın zorakılığını rədd edərək erməni xalqının yanında durmaqdan qürur duyuram”

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cudi Çu əmindir ki, Azərbaycanın davam edən hücumlarına və erməni xalqına qarşı zorakılıq təzahürlərinə baxmayaraq, ermənilərin ruhunu sındırmaq mümkün olmayacaq.

 “Bu haqda Curi Şun Bakıda və Sumqayıtda ermənilərə qarşı  qətliamının 30-cu ildönümü ilə bağlı açıqlamasında bildirib.

“Bakıda, Sumqayıtda və Kirovabadda yüzlərlə insan öldürüldü, minlərlə insan didərgin salındı. Bu qırğınlar birbaşa Artsaxın öz müqəddəratını təyinetmə hüququnu pozdu və bu pozuntu bu günə qədər davam ediliir.

2020-ci ilin payızında, dünya koronavirusun qarşısını almaq üçün mübarizə aparırdı. Azərbaycansa Artsaxın dinc mülki əhalisinə qarşı növbəti müharibəyə başlayıb, onların evlərini və kəndlərini darmadağın edib və  minlərlə insanı didərgin salıbdır:

 Bu zorakılıq qəbuledilməzdir, ona görə də mən dərhal atəşkəsə, eləcə də ABŞ-ı Azərbaycana olan yardımı dayandırmağa çağırmışam” – deyərək  konqresmen erməni xalqının humanitar ehtiyaclarını ödəmək lazım olduğunu əlavə edib və haqda o, USAİD-in direktoru Samanta Pauerlə danışıb.

Cudi Çu 2019-cu ilin oktyabrında Artsaxa səfərini xatırlayaraq qeyd etdi:

“Mən orada gördüm ki, insanlar necə qürurludur, nə qədər güclüdürlər. Ona görə də bilirəm ki, Sumqayıt və Bakı qırğınlarından sonra onların ruhu qırılmadığı kimi, bu gün də qırılmayacaq.

 Erməni xalqı demokratiya, insan haqları uğrunda mübarizədə, Azərbaycanın həddən artıq çox həyatını məhv edən zorakılığını rədd etmək üçün həmrəy olmalıdır”.

Daha çox göstər
Back to top button