
Azərbaycan tərəfinin etnik və dini nifrət siyasətinin aydın məqsədi var – erməniləri Artsaxdan çıxarmaq və etnik təmizləmə aparmaq. Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan bildirdi.
“Azərbaycan tərəfindən etnik və dini nifrət siyasəti sovet hakimiyyəti illərində də aparılıb, Azərbaycan SSR hakimiyyəti həmişə Artsax ermənilərin həyatı əlverişli olmaması, Artsax ermənilərinin öz torpaqlarını tərk etməyə məcbur edən siyasət aparıb”,- Ombudsman vurğuladı.
Artsax hüquq müdafiəçisinin sözlərinə görə, birinci Artsax müharibəsindən sonra, atəşkəs imzalananda, Artsaxın təhlükəsizliyini və sakinlərin yaşamaq hüququnu təmin etmək mümkün olub, lakin bundan sonra Azərbaycanın ermənilərə qarşı nifrət siyasəti daha da gücləndi.
“Bu siyasət məktəblərdə də aparılıb, müxtəlif konkret tədbirlər təşkil edildi. Azərbaycanda erməni xalqına nifrət edən, dözməyən nəsil yetişdirmək üçün hər şey edildi”,- Stepanyan vurğuladı.
Artsaxın ombudsmanı qeyd edib ki, 44 günlük müharibə zamanı bu nifrət siyasətinin şahidi oluq, çünki azərbaycanlılar nəinki erməni hərbçiləri vəhşicəsinə öldürüb, onlara işgəncə veriblər, həm də erməni xristian irsini təhqir ediblər.







