
Bakının Ermənistanla sülh sazişi imzalaması ilə bağlı bəyanatları Azərbaycan silahlı qüvvələrinin Artsaxdakı dinc məskunlaşmaları atəşə tutması ilə ziddiyyət təşkil edir.
Azərbaycan mətbuatına istinadən olan məlumata görə, Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, Bakı Yerevanla sülh sazişi imzalamağa və münaqişənin tarixi ilə bağlı səhifəni bağlamağa hazırdır.
Xələf Xələfovun sözlərinə görə, Azərbaycanın əsas önəmliyi əlaqələrin bərpası, o cümlədən Naxicevan dəmir yolunun açılmasıdır.
“Biz heç bir ilkin şərt olmadan Ermənistanla sərhədin demarkasiyası prosesinə başlamağa hazırıq” – deyərək nazir müavini bildirib.
Eyni zamanda, Azərbaycan silahlı qüvvələri Artsaxda dinc yaşayış məntəqələrini hədəfə almaqda davam edir.
Bundan əvvəl ER Xarici işlər nazirliyinin sözçüsü Vahan Hunanyan bəyan etmişdi ki, Ermənistan tezliklə Azərbaycanla sülh danışıqlarına başlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edə bilər.







