
Ermənistan yaxın zamanda Azərbaycanla sülh danışıqlarına başlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edə bilər. Bunu “Armenpress”in sualına cavab olaraq ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan deyib.
Ermənistan dəfələrlə Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib, bu cür bəyanatlar Azərbaycan tərəfindən də səsləndirilib.
“Sazişin imzalanmasından əvvəl, əlbəttə ki, bu məsələ ilə bağlı danışıqlar prosesi aparılmalıdır və qarşılıqlı bəyanatlar hələ konkret danışıqlar prosesinə çevrilmədiyindən, iki ölkənin birbaşa danışıqlarda zəngin təcrübəsi olmadığından Ermənistan Azərbaycanla sülh danışıqlarına başlamaq üçün vasitəçilərə (ATƏT MQ həmsədrlərinə) müraciət edəcək. Hazırda məsələ üzərində iş gedir”,-deyə o vurğuladı.







