
Ermənistanda silah-sursat, hərbi pilotsuz təyyarələr istehsal edən şirkətlər var ki, onlar tezliklə ordunun silah-sursatını artıracaq. Bu barədə Ermənistan Respublikasının yüksək texnologiyalar naziri, Ermənistan Respublikasının yeni seçilmiş prezidenti Vahagn Xaçaturyan bildirib.
“Əminəm ki, yaxın gələcəkdə biz yenidən uğur qazanacağıq, bir neçə yeni növ PUA istehsalına malik olacağıq, biz bütün tələbatı qarşılaya bilərik. Ən əsası odur ki, texnologiya baxımından onlar tamamilə yerlidir, keyfiyyət ən yüksək standartlara cavab verir. Xüsusilə müharibədən sonra dövlətin və ordunun tələbləri çox sərtdir. Məhz tələblərə görə müəyyən qədər gecikmələr olub”,-deyə o qeyd etdi.
Vahagn Xaçaturyan onu da qeyd edib ki, Ermənistan çoxlu sayda silah istehsal edir və onlar artıq istifadə olunur, pilotsuz uçuş aparatları da tezliklə orduda istifadəyə veriləcək.
Xaçaturyan qeyd edib ki, bu gün ordu həmin silahdan istifadə edə bilməsi üçün müvafiq bölmələr hazırlayır.







