
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması prosesindən danışıb.
Türkiyənin “Miliyyet” qəzetinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üçün vasitəçiyə ehtiyac yoxdur.
O vurğulayıb ki, Azərbaycan bu formatda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəkləyir.
Çavuşoğlu Azərbaycanın Ermənistana sülh sazişi təklif etdiyini qeyd edərək, Türkiyənin də öz növbəsində Ermənistan və Azərbaycan arasında sülhə doğru istənilən addımı dəstəklədiyini vurğulayıb.







