
Son günlərdə Azərbaycan tərəfi Artsaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur, Ermənistandan gələn qaz kəmərinin təmirinə də mane olur.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin qeyd etdi ki, Dağlıq Qarabağda ciddi eskalasiyanın qarşısını almaq üçün bütün ilkin şərtlər var.
“Problemləri sülh, dialoq yolu ilə həll etmək üçün bütün imkanlar var. Rusiya bunun üçün hər şeyi edəcək. Rusiya tərəfi vəziyyəti diqqətlə izləyir və nizamlanma prosesinin davam etdirilməsinə dəstək verəcək”,- səfir vurğuladı.
Qeyd edək ki, son günlərdə Azərbaycan silhalı qüvvələri Artsaxın yaşayış məntəqələrini atəşə tuturlar, Arstax erməniləri üçün əlavə problemlər yaradır.
Kopirkin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı tətbiq olunan yeni məhdudiyyətlərdən danışıb.
“Bunlar kifayət qədər ciddidir, lakin Rusiyaya qarşı ilk sanksiyalar deyil. Biz daha güclü olmaq üçün bu çağırışdan istifadə etməyə çalışacağıq”,- Kopirkin qeyd etdi.







