BaşlıcaSiyasətVideo

Sərhədyanı Şurnux kəndində həyat davam etməkdədir – video

Syunik rayonunun sərhədyanı Şurnux kəndinin yeni məhəlləsi  ilin sonuna kimi hazır olacaq. Layihəyə əsasən, məhhələdə 20 yaşayış evi olacaq. 44 günlük müharibədən sonra Şurnuxdan didərgin düşmüş 13 ailə üçün dövlət bir il əvvəl mənzil tikintisinə başlayıb. Qeyd edək ki, onların evləri Azərbaycanın nəzarətinə keçib. 

ER Şəhərsalma Komitəsinin sədri Armen Ğularyanın sözlərinə görə, 2021-ci ildə Hökumət tərəfindən təxminən 390 milyon dram, 2022-ci ildə isə 420 milyon dram ayrılıb. Qışdan sonra tikinti işləri aktivləşib və mənzillərin tikintisi ilin birinci yarısında başa çatdırılacaq. Yaşayış məntəqəsi üçün zəruri infrastrukturun tikintisi davam etdirilir. Yeni tikilən evlərin sığınacaqları olacaq.

Gələcəkdə məhəlləni genişləndirmək və yeni evlər tikmək imkanları da var.

ER Şəhərsalma Komitəsinin sədri Syunikin digər sərhədyanı yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi proqramlarına toxunaraq qeyd edib ki, Kapan, Qoris, Sisian, Meğridə təhsil komplekslərinin tikintisi üçün yeni layihələr həyata keçiriləcək. 

Daha çox göstər
Back to top button