Ermənistan yaxşı nüfuza malik ölkələr sırasındadır

Martın 16-da Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan Asiya İnkişaf Bankının Direktorlar Şurasında Ermənistanı təmsil edən icraçı direktor Arif Baharuddinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Maliyyə Nazirliyindən verilən məlumata görə, görüş zamanı Asiya İnkişaf Bankı ilə cari proqramların təfərrüatları müzakirə edilib, regional və qlobal çağırışlar və onların aradan qaldırılması üçün tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Ermənistan hökumətinin nüfuzlu beynəlxalq strukturlarla əməkdaşlığının beynəlxalq investorlar üçün mühüm istiqamət olduğunu vurğulayan nazir Xaçatryan AİB-in Ermənistan Respublikasında aparılan islahatlar prosesində və Ermənistan üçün ən mühüm proqramlarda əhəmiyyətli dərəcədə iştirak etdiyini vurğulayıb.
Nazir bu kontekstdə hökumət tərəfindən həyata keçirilən islahatlar gündəmini və əsas istiqamətlərini təqdim edib.
Arif Baharuddin öz növbəsində qeyd edib ki, ER yaxşı nüfuza malik ölkələr sırasındadır və Asiya İnkişaf Bankının əhəmiyyətli tərəfdaşlarından biridir.
Görüş zamanı hər iki tərəf əməkdaşlığın davamlı genişləndirməsinin əhəmiyyətini qeyd edib.







