Hazırda hərbsizləşdirilmiş Ukrayna dövlətinin Avstriya və ya İsveç variantı müzakirə olunur ki, bu da kompromis kimi qiymətləndirilə bilər. TASS xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukraynada silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif etdiyini bildirib.
Bununla bağlı jurnalistlər Kremlin bu demilitarizasiya versiyasının qane olub-olmaması ilə maraqlanıblar. “Hazırda həqiqətən müzakirə olunan bu variant müəyyən kompromis kimi qiymətləndirilə bilər” – deyə Peskov cavab verib.
Peskov Ukrayna ilə mümkün kompromisin İsveç versiyasından danışmayıb. “Mən təfərrüatlara varmamağa üstünlük verirəm. Bir daha qeyd etmək istəyirəm ki, davam edən danışıqlar kontekstində bu mövzu ilə bağlı əlavə təfərrüatlar mümkün deyil” – deyərək o, izah edib.
Moskva və Kiyev danışıqlarında əldə olunan razılaşmaların köməyi ilə Ukrayna ətrafında vəziyyəti yaxşılaşdırmaq olar.
“Ukrayna ətrafında vəziyyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlarda razılıq əldə etməklə yaxşılaşdırmaq olar” – deyərək o qeyd edib.







