
Moskva Bakı və Yerevanın sülh sazişinə hazırlaşmağa hazır olmasını alqışlayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Mariya Zaxarova Yerevan və Bakıdan verilən bəyanatlara toxunaraq, tərəflərin sülh sazişi hazırlamağa hazır olmasını alqışlayıb və Rusiyanın belə danışıqlar prosesinə hərtərəfli dəstəyini bir daha təsdiqləyib.
“Danışıqların və sülh sazişinin imzalanması tarixlərinə gəlincə, bu barədə danışmaq hələ tezdir.Biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq. Əlbəttə ki, tərəfləri özləri öz aralarında bütün məsələləri həll edəcəklər. Bizim tərəfimizdən Azərbaycan və Ermənistana hər yardım və kömək göstəriləcək” – deyə Zaxarova bildirib.







