BaşlıcaSiyasət

David Babayan: “Bakı Ukraynaya “bayraktarlar” göndərir və Rusiyanın məhv edilməsi üçün dua edir”

Azərbaycanın dezkonstruktiv davranışı onun Artsaxa, ermənilərə və ruslara nifrətindən irəli gəlir. Bu haqda Artsaxın Xarici işlər naziri Davit Babayan jurnalistlə söhbətində belə deyib.

O, Azərbaycanda dövlət səviyyəsində, o cümlədən ruslara qarşı nifrətin özünü büruzə verməsinə aydınlıq gətirib.

“Bakıda Rusiyaya qarşı minlərlə insanın mitinqini kim təşkil edib? Azərbaycanda kimsə etiraz etmək istəyəndə dərhal həbs olunur.

Bizdə məlumat var ki, bu mitinqə dövlət aparatından adamlar gətirilib. Bundan başqa, Bakı Rusiyaya qarşı döyüşmək üçün “bayraktarları” Ukraynaya göndərdi.

Artsaxdakı qaz vəziyyəti də Rusiyaya zərbədir. Onlar Rusiyanın məhvi üçün dua edirlər. Bu, Azərbaycan və Türkiyəyə öz ekspansionist proqramlarını həyata keçirməyə imkan verəcək.

Rusiya bizim maraqlı olduğumuz qüdrətli ölkə olaraq qalmaqda davam edərsə, hər şey yaxşı olacaq. Fransa, ABŞ və başqa ölkələrlə yaxşı münasibətlərimiz olmalıdır. Bu, Rusiyaya qarşı yönəlməyib”- deyərək  o, əlavə edib.

Daha çox göstər
Back to top button