BaşlıcaSiyasət

Ukrayna səfirliyi: “Müharibə səbəbindən 4000-ə yaxın Ukrayna vətəndaşı Ermənistana köçüb”

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Denis Avtonomov fevralın 24-də Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsindən sonra 4 minə yaxın Ukrayna vətəndaşının Ermənistana köçürüldüyünü bildirib.

Ukraynanın Ermənistandakı səfirliyinin məlumatına görə, Ermənistana köçürülən Ukrayna vətəndaşları əsasən ermənilərdir, təbii ki, ukraynalılar da var.Bu haqda  səfir Denis Avtonomov deyib.

“Ukraynanın Ermənistandakı səfirliyi imkan daxilində Ermənistana gələn soydaşlarımıza kömək etməyə çalışır. Bizdə olan məlumata görə, müharibənin 3 həftəsi ərzində 4000-ə yaxın Ukrayna vətəndaşı Ermənistan sərhədini keçib.

Əksəriyyət onlar ermənidir. Onların Ermənistanda bir qayda olaraq qohumları var. Onlar nadir hallarda səfirliyə müraciət edirlər” –  deyərək Denis Avtonomov bildirib.

“Hazırda biz Ukrayna vətəndaşlarına əsasən sənəd məsələlərini həll etməyə kömək edirik. Biz ancaq qaçqınları işə yerləşdirməyə çətinlik çəkirik”-  deyərək diplomat bildirib.

Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Denis Avtonomov vurğulayıb ki, yerli ermənilər səfirliyə müraciət edərək, Ukraynadan olan məcburi köçkünlərə öz köməkliklərini və tez-tez yaşayış yeri təklif edirlər.

Bir gün əvvəl BMT-nin qaçqınlar üzrə agentliyi Ukraynadakı qaçqınların sayının 3 milyonu keçdiyini bildirmişdi.

Daha çox göstər
Back to top button