
Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlər qarşılıqlı hesablaşmalarda dolların payının azaldılması istiqamətində fəal işləyirlər․ Bu barədə iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
“Aİİ ölkələri qarşılıqlı hesablaşmalarda dolların payının azaldılması işini aktivləşdirir. Üzv dövlətlərin benefisiarları arasında milli valyutalarda qarşılıqlı hesablaşmaların təmin edilməsi Aİİ-də razılaşdırılmış pul siyasətinin həyata keçirilməsinin prinsiplərindən biridir. Biz bir ildən artıqdır ki, bu işi görürük və bu gün birliyin əksər hesablamaları milli valyutalarda aparılır” – deyə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Volvaçdan sitat gətirib.
Nazir müavininin sözlərinə görə, 2021-ci ildə milli valyutalarda hesablaşmaların payı 63%-dən 74%-ə çatıb.







