BaşlıcaSiyasət

Azərbaycanın təklifləri Ermənistan-Azərbaycan arasında sülhun mümkün gündəmini tam əks etdirmir: Ararat Mirzoyan

ER XİN başçısı Ararat Mirzoyanın fikrincə, Azərbaycan tərəfindən martın 10-da edilən təkliflərdə qəbuledilməz bir şey yoxdur. Bu barədə Mirzoyan Parlamentdə bildirib.

“Martın 10-da bizə edilən təkliflərdə qəbuledilməz bir şey yoxdur, amma başqa bir məsələdir ki, bu təkliflər Ermənistan-Azərbaycan arasında sülun mümkün gündəmini tam əks etdirmir. Bizim cavablarımız bu gündəmi tamamlamaq üçündür. Bizim cavabımızda əsas və prinsipial olan məsələ DQ ermənilərinin hüquqları və status məsələsidir.

Biz məhz bu tamamlanmış təməllərə əsaslanaraq da danışıqlara başlamağa hazırıq. Məhz bu təklifi ilə də sülh müqaviləsi üzrə danışıqları təkil etmək üçün ATƏT-in Minsk qrupu həmsədrlərinə müraciət etdik”,-deyə XİN başçısı vurğuladı.

Daha çox göstər
Back to top button