BaşlıcaSiyasət

ER Xİ naziri rus həmkarına Azərbaycanın təxribatları və atəşkəs rejiminin pozulması ilə bağlı vəziyyət barədə məlumat verib

Martın 21-də ER Xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Ermənistan-Rusiya əməkdaşlığı ilə bağlı məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər müzakirə edilib.

Ararat Mirzoyan və Sergey Lavrov 2020-ci  noyabrın 9-da , 2021-ci il  yanvarın 11-də  və noyabrın  26-da  üçtərəfli  bəyanatlarla əldə olunan  şərtləşmənin yerinə yetirilməsi məsələsinə toxunmuşlar.

Ermənistan Respublikasının Xarici işlər naziri Azərbaycanın Dağlıq Qarabağda atəşkəs rejimini pozaraq təxribatları nəticəsində Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti təqdim edib.

Ararat Mirzoyan həmkarına Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqla bağlı erməni tərəfinin mövqeyini də təqdim edib, bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolu müzakirə olunub.

Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə istinad edilib.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button