BaşlıcaMədəniyyət
Fransada keçirilən “Yeraz” festivalında erməni mədəniyyəti və incəsənəti təqdim olunacaq

Fransanın Mont-de-Marsa şəhərində “Yeraz” festivalı başlayıb, bu festival şəhər əhalisinə erməni mədəniyyəti və incəsənəti ilə tanış olmaq imkanı verəcək.
Sergey Parancanovun muzeyindən bildirilib ki, iki həftə ərzində festivalda bir çox erməni və fransız mədəniyyət xadimləri, qonaqlar iştirak edəcək. Onlar dahi erməni kinorejissoru, rəssamı Sergey Paracanovun nadir əsərləri ilə tanış olacaqlar. Sərginin açılış mərasimi bu gün Despio Vlerik Muzeyində baş tutacaq.







