Azərbaycan tərəfinin birbaşa müdaxiləsi ilə Artsaxda qaz təchizatı yenə kəsilib – VİDEO

Azərbaycan Artsaxda qaz təchizatı yenə kəsərək, bu şaxtalı hava şəraitində humanitar problemlər yaradır. Artsax Ombudsmanı Geğam Stepanyan qeyd edir ki, Azərbaycan tərəfinin bu cinayət əməlləri Artsaxda yaşayan sakinlərin hüquqlarına birbaşa təsir göstərir və ikinci dəfə qazın kəsilməsi bunu qəsdən etdiklərini sübut edir.
Bir neçə gün əvvəl Azərbaycan martın 8-də zədələnmiş qaz kəmərinin təmirinə razılıq verib. Artsaxın İnformasiya Qərargahı Azərbaycan tərəfinin təmir işləri zamanı qaz kəmərinə siyirtmə qoyduğunu və qazı kəsdiyini iddia etmək üçün kifayət qədər əsasların olmasını bildirib. Vəziyyət barədə Artsaxdakı rus sülhməramlı qüvvələrinin komandanlığı məlumatlandırılıb. Artsax hakimiyyəti qaz təchizatının bərpası üçün müvafiq səylər göstərir.
Azərbaycan tərəfi Artsax ərazisində etnik təmizləmələr töretmək niyyətindədir. Artsax Ombudsmanı Geğam Stepanyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaara və Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçə müracitə edib.
Həmçinin Ermənistan və Artsax Ombudsmanları birgə bəyanat yayaraq, Azərbaycan dövlətinin Artsax xalqına qarşı etnik nifrətini və qisasçılıq praktikasını qətiyyətlə pisləyiblər. Bəyanatda vurğulanıb ki, 100 mindən çox erməniyə qarşı bu biabırçı “qisas” qəbuledilməzdir və bu əlyazması Azərbaycanın səsləndirdiyi “tolerantlıq” tezislərinin saxta mahiyyətinin aydın təzahürüdür. İnsan Hüquqları Müdafiəçiləri beynəlxalq təşkilatları bu genişmiqyaslı hüquq pozuntularını aradan qaldırmaq üçün Azərbaycan tərəfinə təzyiq göstərməyə çağırıblar.







