
Azərbaycanın Xarici İşlər Nazirliyi Artsaxa qaz nəqliatının dayandırılmasında iştirakını qeyri-müəyyən şəkildə təkzib edib.
“Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır. Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin”- deyə Azərbaycanın XİN nümayəndəsi Leyla Abdullayeva bildirib.







