Başlıcaİctimaiyyət
Böyük Britaniya Ermənistana 25 000 doza AstraZeneca bağışladı

Böyük Britaniya hökuməti Ermənistana 25 min dozadan çox “AstraZeneka” peyvəndi verib.
“Biz əminik ki, peyvənd olunması COVID-19 epidemiyası ilə mübarizədə, onun qarşısının alınmasında və təsirinin azaldılmasında yeganə təsirli vasitə olmaqda davam edir. Ona görə də çox şadam ki, Böyük Britaniya Ermənistandakı dostlarımıza yardım əlini uzatdı”, – Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallager bildirib.
Səhiyyə nazirinin birinci müavini Lena Nanuşyan ianəyə görə təşəkkürünü bildirərək epidemiyaya qarşı mübarizə ilə paralel olaraq digər sahələrdə də əməkdaşlığın vacibliyini vurğulayıb.
Səfir öz növbəsində Ermənistan Respublikasının Səhiyyə Nazirliyi ilə birgə işi davam etdirməyə hazır olduğunu bildirib.







