Erməni ixracatçılarının rusiyalı tərəfdaşlara mallarını dramla sata bilməsi imkanları müzakirə edilir

Ermənistanda ixracatçılar rublla ixracda risk görürlər. Ermənistan və Rusiyanın müvafiq idarələri bu məsələ üzərində işləyir, nəticədə Ermənistandan ixracatçıların rusiyalı tərəfdaşlarına erməni dramınla mal satması mümkün ola bilər.
Bunu ER İqtisadiyyat naziri Vahan Kerobyan Parlamentdə bildirib.
Nazir xatırladıb ki, Rusiya-Ukrayna arasındakı hadisələrdən sonra erməni ixracatçıları ilə ciddi şəkildə işləyirlər ki, onların problemlərini başa düşüb inventarlaşdırsınlar. Bəzi məsələlər artıq həll olunub, lakin əsas məsələlər hökumətin qərar layihələri şəklində dövriyyədədir.
“Bir çox ixracatçılarda müvəqqəti pul axını pozulur. ABŞ dolları ilə müqavilələrin qaytarılması çətinləşir, rublla olan müqavilələr isə devalvasiyası səbəbindən ixracatçıları çətin vəziyyətə salıb. Biz hökumətin qərar layihəsi ilə ixracatçı şirkətlərə “oksigen” verməyə çalışacağıq”, – Kerobyan bildirib.







