
Fevralın 24-dən martın 22-dək Ermənistanda 938 Rusiya Federasiyası vətəndaşı fərdi sahibkar kimi qeydiyyatdan keçib. Həmin dövrdə Ermənistanda 268 MMC qeydiyyatdan keçirib ki, onlardakı fiziki və ya hüquqi şəxs Rusiya Federasiyası vətəndaşıdır.
Onların əksəriyyəti informasiya texnologiyaları sahəsini təmsil edir. Bu barədə “Armenpress”ə müsahibəsində Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Reyestri Agentliyinin rəhbəri Tatev Mkrtçyan bildirib.
“Qeydiyyat zamanı şirkətlərin böyük əksəriyyəti iqtisadi fəaliyyətin təsnifatçısı kimi İT proqram təminatını seçmişlər”- deyə Mkrtçyan bildirib.







