BaşlıcaSiyasət

Mirzoyan:  “Minsk Qrupunun həmsədr ölkələri Ermənistanın təkliflərini Bakıya çatdırıblar, hələlik cavab yoxdur”

Azərbaycanın 5 bənddən ibarət təkliflərdə qəbuledilməz heç nə yoxdur, Ermənistan sülh sazişi üzrə mümkün danışıqların bütün gündəliyini öz təklifləri ilə tamamlayıb.

Alınan məlumata görə, bu haqda  parlamentdə hökumət üzvləri ilə sual-cavab ərzində Xarici işlər naziri Ararat Mirzoyan “KP” fraksiyasının deputatı Arusyak Culhakyanın, məgər Ermənistan  ATƏT MQ  həmsədrliyindən  Ermənistan və Azərbaycan arasında sülh saziişini imzalamaq  məqsədiylə  danışıqları təşkil etmək müraciətinə cavabı olubmu?

“Siz həmçinin qeyd etdiniz ki, Ermənistan Azərbaycanın beş bəndlik təkliflərinə cavab verib. Zəhmət olmasa, bir daha bizim cavabımızın təfərrüatlarını təqdim edin, eləcə də bizim cavabımızla bağlı onların təklifinə Azərbaycan tərəfindən cavabımız olub-olmaması barədə məlumat verməyinizi xahiş edirəm” –  deyərək Culhakyan maraqlanıb.

Həmin suallara cavab olaraq Ararat Mirzoyan qeyd edib ki, bu suallara əlavə aydınlıq gətirilməsinə ehtiyac var.

“Biz Azərbaycana cavab verdiyimizi dedikdən sonra bəzi şərhlər oldu, bəziləri yanlış şərhlər oldu, çünki qiymətləndirmələr belə oldu ki, Ermənistan Azərbaycanın təkliflərini rədd etdi. Azərbaycanın təkliflərində əslində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Bu başqa məsələdir ki, həmin təkliflər mümkün danışıqların bütün gündəliyinə tam cavab vermirdi.

Və hərtərəfli sülh üçün biz gündəliyi öz təkliflərimizlə tamamladıq, onu ATƏT-in Minsk Qrupunun həmsədrlərinə çatdırdıq. ATƏT-in Minsk Qrupunun həmsədri bu təkliflərin rəsmi Bakıya çatdırıldığını bildirir: Bizə Bakıdan hələ ki, cavab yoxdur”- deyərək  Mirzoyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button