BaşlıcaSiyasət

Paşinyan: “Azərbaycan müxtəlif təxribatlarla bizi sülh gündəmindən yayındırmağa, o gündəmi delegitimləşdirməyə çalışır”

Azərbaycan il yarımdır ki, 44 günlük müharibədə şanlı qələbə qazandığını dümbüldədir, lakin hər şey göstərir ki, Artsaxda bu qədər iztirab və məhrumiyyətlərdən sonra hazırda 117 minə yaxın erməni yaşayır.

Azərbaycan  hesab edir ki, qarşısında ən böyük məğlubiyyət və problem durur.Artsaxda etnik təmizləmələr siyasətini  sona çatdırmaq naminə  hər şey edilməlidir.Bu haqda martın 24-də  hökumət iclası ərzində  ER Baş naziri Nikol Paşinyan bəyan edib.

O, xüsusilə qeyd edib: “Bu mənada ötən gün Azərbaycan Xarici işlər nazirliyinin yaydığı və Artsaxa qaz verilməsi məsələsinin Azərbaycanın daxili işi olduğunu bildirən bəyanat çox simvolik  idi.

Bu bəyanatı diplomatiya dilindən tərcümə etsək,bu bəyanat o deməkdir ki, beynəlxalq ictimaiyyət siz  baxmayın və gözə dəyməyən, icazə verin biz qadağasız, beynəlxalq cəmiyyət üçün  hiss edilmədən, yaxud, dırnağarası desək  antiterror əməliyyatları adı altında Artsaxı ermənilərdən təmizləmələr və soyqırımı siyasəti vasitəsiylə  ermənilərdən  azad etmək siyasətini sona çatdıraq.

Ermənistanın diplomatik xidməti, digər rəsmi şəxslər, siyasi qüvvələr, media, QHT-lər, ayrı-ayrı şəxslər sosial şəbəkələr vasitəsilə son 15 gün ərzində Artsaxda baş verənləri bütün hallarda beynəlxalq ictimaiyyətə ətraflı şəkildə təqdim etməlidir.

Hörmətli həmvətənlər,

təbii ki, çoxları bu hadisəyə münasibət bildirərək, ölkəmiz və regionumuz üçün dinc inkişaf erası açmaq siyasətimizi xatırladıb tənqid edir.

Amma birmənalı şəkildə bildirmək istəyirəm ki, bizim qəbul etdiyimiz siyasətin alternativi yoxdur. Əksinə, Azərbaycan öz hərəkətləri və müxtəlif təxribatları ilə bizi sülh gündəmindən yayındırmağa, regionda yeni eskalasiyalara, yeni müharibələrə sövq etmək siyasətini həyata keçirmək üçün həmin gündəmi legitimləşdirməyə cəhd edir.

Amma biz belə təxribatlara boyun əyməməliyik. Mən dedim ki, sülh gündəmini həyata keçirmək üçün bizə möhkəm sinirlər lazımdır və heç bir şəkildə bəyan etdiyimiz strategiyadan kənara çıxmamalıyıq.

 Strategiya  məhz onunla  strateqiyadır ki,  bizə bütün vəziyyətlərdə lider lazımdır” – deyərək Paşinyan bəyan edib.

Daha çox göstər
Back to top button