
Artsax Respublikasının vətəndaşları artıq üç gündür ki, təbii qazdan məhrumdurlar. Bu, Azərbaycanın müdaxiləsi nəticəsində baş verib.
Bildiyiniz kimi, martın 7-də Azərbaycanın nəzarəti altında olan ərazidə Artsaxı təmin edən qaz kəməri partladılıb.
Bu haqda ER Baş naziri Nikol Paşinyan martın 24-də hökumət iclası ərzində bildirib.
O, xüsusilə qeyd edib: “Azərbaycan müxtəlif bəhanələrlə qaz kəmərinin təmirinə icazə verməyidi və sonda özü təmir edib.
Nəticədə, əldə etdiyimiz məlumata görə, qaz kəmərinə siyirtmə quraşdırılıb, martın 18-də isə 11 gün sonra ,qaz xətti bərpa olunduqdan sonra Artsaxa cəmi 4 gün qaz verildi.
Martın 21-də Azərbaycan sadəcə olaraq boru kəmərinin klapanını partlayışlar olmadan bağladı və bununla da martın 7-də partlayışın müəllifi olduğunu isbat etdi.
Hər iki qazın kəsilməsinin müstəsna hava şəraitində baş verməsi xüsusi diqqət çəkir. Martın 7-də Artsaxa son 30 ildə görünməmiş miqdarda qar yağıb və havanın temperaturu görünməmiş səviyyəyə düşüb.
Martın 21-də havanın temperaturunun aşağı düşməsi və qar yağması rekordu keçib və qarın hündürlüyü bəzi yerlərdə 1,5 metrə, paytaxt Stepanakertdə 1 metrə çatıb.
Havanın temperaturu -8 dərəcəyə enib. Və belə şəraitdə Artsax qəsdən mənzillərin, uşaq bağçalarının, məktəblərin və xəstəxanaların qızdırılması üçün vacib olan təbii qazdan məhrum edilib.
Bu, Azərbaycanın hərəkətləri nəticəsində Artsaxın humanitar fəlakət astanasında olduğunu başa düşmək üçün kifayətdir. Mən şübhə etmirəm ki, qəhrəman Artsax xalqı bu sınaqdan da çıxacaq, lakin bunu nəzərə alaraq qeyd etməliyəm ki, Azərbaycan da öz hərəkətləri ilə Artsax xalqına xidmət edir.
Çünki qaz kəmərinin bu epizodu beynəlxalq cəmiyyət üçün Artsax məsələsinin çox dəqiq və hədəfli təzahürüdür.
Bu epizod sayəsində beynəlxalq ictimaiyyət 100 səhifə vərəqləmədən, tarixin nüanslarını araşdırmadan Qarabağ məsələsinin mahiyyətini anlaya bilir.
Bu, birmənalı olaraq Azərbaycanın Artsax ermənilərinə qarşı siyasətini, yəni onların öz vətənlərində yaşamasını mümkünsüz etmək siyasətini göstərir”.







