BaşlıcaSiyasət

Azərbaycan XİN-I Ermənistandan özünün pozduğu müddəalara əməl etməyi tələb edir

Azərbaycan Xarici işlər nazirliyi Dağlıq Qarabağ Respublikası ilə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə cavab olaraq Ermənistanı ittiham edib.

Ermənistan Xarici nşlər nazirliyinin bəyanatına cavab olaraq Bakı iddia edir ki, Yerevan “beynəlxalq icəmiyyəti çaşdırmağa” çalışır. Azərbaycan Xarici işlər nazirliyi ordusunun təxribat əməllərini inkar etməyə cəsarət etməyib.

Azərbaycan Müdafiə nazirliyinin məlumatına görə, hazırda bölgədəki mövqelər və dislokasiya məntəqələri dəqiqləşdirilir” – deyərək Azərbaycan Xarici işlər nazirliyinin bəyanatında bildirilib.

Martın 8-dən qazın verilişinin kəsilməsi məəsləsinə  gəlincə, Azərbaycan Xarici işlər nazirliyi bunu “çətin hava şəraiti” ilə bağlı yaranmış “texniki problemlər”lə izah edir və bir daha Ermənistanı “vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etməkdə” ittiham edir.

Belə çıxır ki, Azərbaycan qaz kəmərini təmir etmək üçün iki həftə yarım kifayət etmir, xüsusən də nəzərə alsaq ki, heç kim ondan təmir tələb etməyib, erməni təmir briqadasının bunu etməsi kifayət edib.

Maraqlıdır, Azərbaycanda baş vermiş qəzadan söhbət gedirsə, kəmərin təmiri nə qədər vaxt aparacaq?

Sonda Azərbaycan XİN qeyd edir ki, “hazırda regionda sülhün və sabitliyin təmin olunmasının yeganə yolu imzalanmış birgə bəyanatların müddəalarının tam yerinə yetirilməsi, o cümlədən Ermənistanın qeyri-qanuni subyektlərinin çıxarılması və münasibətlərin normallaşdırılmasıdır”.

Xatırladaq ki, Dağlıq Qarabağda erməni ordusu yoxdur və olmayıb və söhbət Artsax sakinlərinin xidmət etdiyi Müdafiə Ordusundan gedir.

“Qeyri-qanuni erməni birləşmələrinin” çıxarılmasını tələb etməklə Azərbaycan bununla da öz etnik təmizləmə siyasətini təsdiqləyir. Eyni zamanda, Azərbaycan daim istinad etdiyi üçtərəfli bəyanatın birinci müddəasını həmişə kobud şəkildə pozur, yəni tərəflər öz mövqelərində dayanmalıdırlar.

Daha çox göstər
Back to top button