BaşlıcaTəhlil

Katastr Komitəsinin rəhbəri ətraflı məlumat verir: Türkiyə və Azərbaycan vətəndaşları

Bu günə qədər Türkiyə vətəndaşları Ermənistanda 72, Azərbaycan vətəndaşları isə 5 və ya 6 qeyri-kənd təsərrüfatı obyekti əldə ediblər. Bu haqda  parlamentdə  jurnalistlərlə söhbətində  Katastr Komitəsinin  rəhbəri  Suren Tovmasyan qeyd edib.

“İstənilən dövlətin vətəndaşı ER-da  qeyri-kənd təsərrüfatı əhəmiyyətli daşınmaz əmlak ala bilər. Qeydiyyatdan keçəndən, səhv etmirəmsə, 2002-ci ildən başlayaraq  bu günə qədər bizdə cəmi 72 mənzil Türkiyə vətəndaşları tərəfindən alınıb. Bunların  əksəriyyəti  mənzillər,bəzilərisə kiçik ictimai obyektlər idi” – deyərək Tovmasyan bildirib.

O, Azərbaycan vətəndaşlarının Ermənistanda əmlak əldə etməsinə toxunaraq vurğulayıb ki, Azərbaycan vətəndaşları Ermənistanda mülk əldə edərkən onların səfər pasportları olur.

“Hər hansısa başqa bir vətəndaş ER mülkünü almaq üçün pasportu ilə gəlmir. O, bizdən müvafiq səyahət pasportunu alır, onu alan zaman bütün qorxular dağıdılır.

Əgər onun səyahət pasportu varsa, demək, hər şey, kobud desək, “ Yer-yerindədir” o, bura gəlir və müvafiq daşınmaz əmlak əldə edir”- deyərək Tovmasyan  qeyd edib.

O, qeyd edib ki, səhv etmirsə, Ermənistan pasportu olan Azərbaycan vətəndaşları 5 yaxud 6 daşınmaz əmlak alıblar.

Həmin iki ölkə vətəndaşlarının Ermənistanda daşınmaz əmlak əldə etməkdə aktiv olduqları illərə gəlincə, o, heç bir qorxunun olmadığını deyib.

“Məsələn, 2017-ci ildə, 2018-ci ildə, 2010-cu ildə bir neçə mənzil almış ola bilərlər.

Xüsusilə son vaxtlar onların arta biləcəyi ilə bağlı narahatedici olduğuna dair müşahidələrə toxunan Tovmasyan əmin edib ki, belə bir şey yoxdur.

Daha çox göstər
Back to top button