
Artsax Respublikasının Xarici işlər nazirliyi qaz təchizatının bərpası ilə bağlı bəyanat yayıb.
“Martın 28-də Ermənistandan Artsaxa daxil olan yeganə qaz kəməri ilə Artsax Respublikasının qaz təchizatı bərpa edildi. Bu ay Azərbaycan iki dəfə Artsaxa təbii qaz axınını uzun müddətə bağladı və humanitar böhran vəziyyətini yaratdı.
Azərbaycan tərəfindən həyata keçirdiyi humanitar terror beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqid edilib, qaz təchizatının bərpası ilə bağlı çoxsaylı çağırışlar edilib, müvafiq siyasi və diplomatik addımlar atılıb. Həmçinin burada Rusiyanın sülhməramlı missiyasının rolu böyükdür.
Biz beynəlxalq humanitar hüquq prinsiplərinə, əxlaq normalarına sadiq qalaraq, Azərbaycanın hərəkətlərinə adekvat qiymət verən, bu humanitar fəlakətin aradan qaldırılması üçün səy göstərən bütün ölkələrə, beynəlxalq təşkilatlara, siyasətçilərə, ictimai xadimlərə minnətdarıq.
Humanitar məsələlərin siyasiləşdirilməsi yolverilməzdir və əxlaqsızdır. İstənilən belə cəhd bütün sivil dünyaya çağırışdır” – deyərək bəyanatda qeyd olunub.







